EN

Müstəqillik tərəfdarları Bujival sazişini imzalamadı KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kanakinin (Yeni Kaledoniya) müstəqilliyi uğrunda mübarizə aparan Kanak Milli Sosialist Azadlıq Cəbhəsi adından (FLNKS) Bujival razılaşmasını imzalayan səlahiyyətli nümayəndələr Fransa prezidentinə, baş nazirinə, Milli Assambleyanın və Senatın sədrlərinə, habelə Fransanın Kanakidə yerləşən prefektinə məktub ünvanlayıb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, bu barədə FLNKS-in Bujival razılaşmasına dair imzaların geri çəkilməsi ilə bağlı məlumatında deyilir.

Məktubda Bujival razılaşmasını imzalayan FLNKS nümayəndələri 12 iyul 2025-ci ildə atdıqları imzaları rəsmi şəkildə geri çəkdiklərini qeyd edərək, həmin imzaların yalnız müzakirə üçün təqdim olunan layihəyə aid olduğunu və yekun xarakter daşımadığını vurğulayıblar.

Eyni zamanda, həmin imzaların Fransanın rəsmi jurnalında dərc edilməsi, onların Fransa tərəfindən məqsədyönlü şəkildə təhrif edilərək, “tarixi saziş” kimi təqdim olunması məsələnin mahiyyətinin dəyişdirilməsi və siyasi məqsədlər üçün sui-istifadəsi kimi qiymətləndirilib. Bu ilin avqustun 9-da keçirilmiş FLNKS-in 45-ci Qurultayında sözügedən Bujival razılaşması layihəsi yekdilliklə rədd edilib və FLNKS-in siyasi bürosuna imzaların sui-istifadəsinə qarşı hüquqi müstəviyyə daxil, müvafiq tədbirlər görmək üçün mandat verilib.

Məktubda Fransa tərəfindən güc yolu ilə Bujival razılaşmasının bəndlərinin yerinə yetirilməsi metodları qəti şəkildə pislənir, onların Kanakinin müvafiq orqanlarının suverenliyinə qarşı hörmətsizlik kimi dəyərləndirilir. Bir daha vurğulanır ki, irəliləyiş üçün yeganə legitim yol beynəlxalq hüquqda müəyyən edilən dekolonizasiya prosesinin reallaşmasıdır. Buna görə də imzalarının rəsmi şəkildə geri çəkildiyi və bu barədə Fransa hakimiyyət orqanları və müvafiq tərəfdaşlara dərhal məlumatın verilməsi tələb edilir.

Xatırladaq ki, sentyabrın 25-də Bakı Təşəbbüs Qrupu BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-York şəhərində Yeni Kaledoniyadan olan müstəqillik hərəkatının təmsilçilərinin də iştirakı ilə Bujival razılaşmasının ağır fəsadlarına həsr olunmuş beynəlxalq konfrans keçirib.

Bujival razılaşması isə iyulun 12-də Paris yaxınlığındakı Bujival şəhərində Fransa və Kanakinin (Yeni Kaledoniya) əsas siyasi qüvvələri arasında imzalanıb. Kanakinin statusu ilə bağlı yeni siyasi çərçivəni müəyyən edən bu razılaşma faktiki olaraq onun tam müstəqilliyini məhdudlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
6
konkret.az

7Sources