EN

Altı milyon manatlıq mnimsəmə - Sabiq xidmət rəisinə hökm oxunub

Altı

Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq maliyyə xidmət rəisi Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Reyting.az
Report-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Namiq Mirzəyev 11 il 6 ay azadlıqdan məhrum edilib. O cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hökmdə qeyd edilib ki, o iş üzrə dəymiş 6 milyon manat ziyandan cəmi 343 min 810 manatı dövlət büdcəsinə ödəyib.

Qeyd edək ki, DTX-nin həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində 2023-2024-cü illərdə xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsədiyi məlum olub.

N.Mirzəyev Müdafiə Nazirliyindəki mənimsəməyə görə həbs edilmiş Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov və digərlərinin barəsində DTX-də başlanılmış cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.

O, AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.
Chosen
16
8
reyting.az

10Sources