EN

Fərid Qayıbov: Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idman tarixində ilk dəfə təşkil olunacaq beynəlxalq “IRONMAN 70.3 BAKU” triatlon yarışı ilə bağlı keçirilən mətbuat konfransında çıxış edib.

90deqiqe.Az-ın məlumatına görə, nazir bildirib ki, Azərbaycanda idman ölkə başçısı tərəfindən dövlət siyasəti kimi müəyyənləşdirilib:

"Ölkənin müxtəlif bölgələrində idman kompleksləri tikilib. Burada keçirilən beynəlxalq yarışlar Azərbaycanı idman ölkəsi kimi tanıdıb. Növbəti ildə də Bakıda bir sıra mötəbər idman yarışları keçiriləcək. Triatlon çox maraqlı növdür və bu yarışa daha çox uşaqlar cəlb olunub. Buna görə də federasiyaya təşəkkür edirəm. İlk dəfə keçiriləcək triatlonun yüksək səviyyədə təşkil olunacağına əminəm”, – deyə F.Qayıbov vurğulayıb.

Qeyd edək ki, “IRONMAN 70.3 BAKU” triatlon yarışı 2026-cı il sentyabrın 5–6-da paytaxtda baş tutacaq. Proqrama “IRONMAN 70.3” triatlonu, “Fun Run 5 km” və “IRONKIDS” yarışları daxildir.

Yarış Xəzər dənizində 1,9 km üzgüçülük, 90 km-lik iki dövrəli velosiped mərhələsi və 21,1 km-lik üç dövrəli yarımmarafon qaçışı mərhələlərindən ibarət olacaq.

Həmçinin, 2026-cı il sentyabrın 4–6-da iştirakçılar və tamaşaçılar üçün əyləncə proqramı və “IRONMAN EXPO” zonası təşkil olunacaq. Burada rəsmi IRONMAN məhsulları və müxtəlif idman ləvazimatları satışa çıxarılacaq.

Chosen
34
90deqiqe.az

1Sources