EN

İrem Dericidən sürpriz açıqlama: "Analar tanış olsun"

İrem Dericidən sürpriz açıqlama: "Analar tanış olsun"Türkiyəli məşhur müğənni İrem Derici, uzun müddətdir birlikdə olduğu DJ sevgilisi Melih Kunukçu ilə evlilik yolunda ilk addımı atır.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, zaman-zaman ayrılıq və barışıq xəbərləri ilə gündəmə gələn cütlüyün söz kəsilmə tarixi müəyyənləşib.

Əlaqələrinin ilk dövrlərində yalnız yaxın dost olduqlarını bildirən İrem Derici və Melih Kunukçu, Sevgililər Gününə qədər münasibətlərini gizli saxlayıblar. Daha sonra birlikdə olduqlarını açıqlayan cütlük tez-tez qalmaqallı münasibətləri ilə də diqqət çəkib.

Keçən ilin avqustunda yaxın dostları Burak Bulut və Eda Sakızın toyunda səhnəyə çıxan İrem Derici həyatının ən böyük sürprizini yaşayıb. Melih Kunukçu səhnədə diz çökərək ona evlilik təklifi etmiş, Derici isə "Həyatımın ən böyük şokunu yaşayıram. Sonsuza qədər bəli!" sözləri ilə cavab vermişdi.

Cütlük bu dəfə ailələrini bir araya gətirirlər.. İrem Derici 8 oktyabrda ailə arasında sadə bir mərasimlə söz kəsiləcəyini açıqlayıb. Məşhur müğənni "Analar tanış olsun" sözləri ilə xəbəri zarafatla ictimaiyyətə çatdırıb.

Chosen
49
sonxeber.az

1Sources