EN

Ermənistan yeni modul tipli AES tikmək niyyətindədir

Ermənistan yeni modul tipli Atom Elektrik Stansiyası (AES) tikmək niyyətindədir. Bununla bağlı beş ölkə ilə danışıqlar aparılır.

SİA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib. Baş nazir deyib ki, yeni kiçik modul tipli AES-in tikintisi ilə əlaqədar 5 tərəfdaş ölkə ilə danışıqlar aparılır və bu söhbətlər praktik xarakter daşıyır.

Hökumətin nəzdində yaradılmış işçi qrupları müxtəlif yerləri öyrənmək və araşdırma aparmaq üçün bölgələrə səfər edir.

“Yaxın 1-2 il ərzində qərar qəbul edib müqavilə imzalamalıyıq və bunun nə geosiyasi, nə də xarici siyasət konteksti olmayacaq”, - deyə Paşinyan vurğulayıb.

Chosen
10
4
sia.az

10Sources