EN

Rəssam dırnaqları ilə dünya rekordu qırdı

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vyetnamlı rəssam Lu Konq Nquyen 34 il ərzində dırnaqlarını kəsmədiyi üçün "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Axşam.az xəbər verir ki, onun dırnaqlarının ümumi uzunluğu 5,9 metrdir. Bu da orta ölçülü bir yetkin zürafənin boyundan uzundur.

“Atam şaman idi. Mən isə müəllim olmaq istəyirdim, buna görə də dırnaqlarımı uzatdım ki, daha əzəmətli görsənsin” deyə, Lu Konq Nquyen bildirib.

Lu əlavə edib ki, atası onun müəllim olmaq arzusunun qarşısını alıb, lakin o, dırnaqlarını uzatmağa davam edib:

“Dırnaqlarım getdikcə daha da uzanırdı. Əgər onları kəssəydim, özümü çox narahat hiss edərdim, həm mənəvi, həm də fiziki cəhətdən tükənmiş olardım”.

Rəssamın sözlərinə görə, uzun dırnaqlara qulluq etmək böyük zəhmət tələb edir:

“Əgər yağış yağsa, onları quru saxlamağa çalışıram. Əgər islanarlarsa, yumşalıb qopa bilərlər. Kiminsə dırnaqlarıma toxunması onları sındıra bilər, ona görə daim ehtiyatlı olmalıyam. İş zamanı da çox diqqətli davranmalıyam. Hər dəfə yuxarı qalxarkən və ya enərkən hərəkətlərimi əvvəlcədən planlaşdırmalıyam”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
axsam.az

1Sources