EN

Sabah paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah Qaradağ, Sabunçu, Yasamal və Xətai rayonlarının bəzi ərazilərinə təbii qazın verilişi dayandırılacaq.

“Azəriqaz”dan  verilən məlumata görə, “Qaradağ-Səngəçal” yüksək təzyiqli magistral qaz kəmərinin 3,5-ci və 6,5-ci kilometrində təmir işlərinin görülməsi ilə bağlı 02.10.2025-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Sement zavodu Ümumi”, “Sement Zavodu-2” və “Səngəçal Ümumi” ölçü qovşaqlarından, həmçinin orta təzyiqli qaz xətləri üzərində atıcı klapanın, qaz tənzimləyicinin quraşdırılması, eləcə də yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək “Nardaran QPS” ölçü qovşağından qidalanan əhali kollektorunda, “Köhnə Qanlıgöl” qaz xəttində qaz təchizatı dayandırılacaq.

Chosen
25
32
azpost.info

10Sources