"Brentford"un müdafiəçisi Natan Kollins İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Tottenhem" irlandiyalı futbolçunu transfer etməyə çalışır. Bu barədə "TBR Football" məlumat yayıb.
London təmsilçisinin baş məşqçisi Tomas Frank sabiq futbolçusunu yenidən sərəncamında görmək istəyir. Keçidin qışda reallaşmaq ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, "Brentford" Natan Kollinsi 2023-cü ilin yayında "Vulverhempton"dan transfer edib. İrlandiya millisinin üzvü olan 24 yaşlı mərkəz müdafiəçisi bu mövsüm "arılar"ın heyətində 8 rəsmi maatçda meydana çıxıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi