ABŞ Maliyyə Nazirliyi İranın hərbi sənaye kompleksi üçün beynəlxalq təchizat zəncirlərində iştirak edən Türkiyə və bir sıra digər ölkələrdən 21 şirkət və 17 fiziki şəxsə sanksiya tətbiq edib.
Operativ Media xəbər verir ki, məhdudiyyətlər İran, Çin, Honq-Konq, Almaniya, Portuqaliya və Uruqvayda ballistik raketlər, hava hücumundan müdafiə sistemləri, vertolyotlar və hərbi təyyarələr üçün texnologiyanın tədarükü ilə məşğul olan qurumlara və vasitəçilərə aiddir.
Vaşinqton bu şəbəkələrin “Amerika hərbi personalını, gəmilərini və mülki insanları təhdid etdiyini” vurğulayıb. Siyahıda olan şirkətlərin və şəxslərin bütün aktivləri ABŞ-da bloklanır və onlarla əməliyyatlar qadağandır. Sanksiyaların pozulması mülki və cinayət cəzalarını, o cümlədən xarici maliyyə institutları üçün ikinci dərəcəli sanksiyaları nəzərdə tutur.