EN

Maurinyo “Real”ın üzvünü “Benfika”ya gətirmək İSTƏYİR

"Real"ın futbolçusu Brahim Dias karyerasını Portuqaliya Premyer Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Benfika" mərakeşli vingerin xidmətində maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Lissabon təmsilçisinin baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Diasın transfer olunmasını istəyib. "Benfika" 26 yaşlı oyunçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Real" Brahim Diası 2019-cu ilin yanvar ayında "Mançester Siti"dən transfer edib. Mərakeş millisinin üzvü bu mövsüm La Liqa nəhənginin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub, 2 qol ötürməsi edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
1
4
bizim.media

5Sources