EN

Ər boşanmaq istəyən arvadını başından bıçaqladı

Gəncədə ər arvadını bıçaqlayıb.

Heftelik.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 1987-ci il təvəllüdlü İ. Məmmədova başının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, qadına əri kəsici alətlə xəsarət yetirib. Hadisəyə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Chosen
11
18
heftelik.az

10Sources