
Çernobıl Atom Elektrik Stansiyasında (AES) Slavutiçdəki energetika obyektinin atəşə tutulmasından sonra elektrik kəsilməsi baş verib.
Reyting.az bildirir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, Çernobıl AES-nin dağıdılmış dördüncü enerji blokunun əsas obyekti elektriksiz qalıb.
Qeyd olunur ki, bu qurğu AES-i əhatə edən ərazini havaya radioaktiv tullantılardan qorumaq üçün nəzərdə tutulub.
V. QULİYEV