EN

ABŞ İraqla bağlı qərar verdi: Ordu Bağdadı tərk edir?

ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ və onun beynəlxalq koalisiya müttəfiqləri İraqdakı hərbi missiyalarını azaltmağa başlayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Sean Parnell deyib.

“Bu azalma bizim İŞİD-ə qarşı mübarizədəki birgə uğurumuzu əks etdirir. ABŞ-ın milli maraqlarına, İraq Konstitusiyasına və ABŞ-İraq Strateji Çərçivə Sazişinə uyğun gələn möhkəm təhlükəsizlik tərəfdaşlığına keçid səyini göstərir”, – Parnell bildirib.

O qeyd edib ki, tərəfdaşlıq həm ABŞ, həm də İraqın təhlükəsizliyinə töhfə verəcək, həmçinin Bağdadın iqtisadi inkişaf, investisiya və regional liderlik potensialını gücləndirəcək.

Anonim qalmağa üstünlük verən yüksək rütbəli Pentaqon rəsmisinin sözlərinə görə, İraqda 2000-dən az Amerika əsgəri qalacaq, onların əksəriyyəti Ərbil və Bağdadda yerləşdiriləcək.

İraq təhlükəsizlik mənbəsinin AP-yə verdiyi məlumata görə, Amerika qoşunlarının Bağdaddan və ölkənin qərbindəki Ayn əl-Əsəd aviabazasından çıxarılması bir neçə həftə əvvəl başlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
globalinfo.az

1Sources