EN

Regionu çalxalayan xəbər: Hərbi hazırlıq pik həddə, qoşun hərəkətə keçir

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ Müdafiə Nazirliyi İrana zərbə zamanı istifadə olunan ağır bunker tipli 14 mərminin istehsalı və əvəzlənməsi üçün Boeing şirkətinə 123 milyon dollaradək vəsait ayırmağı planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” Pentaqondan məlumat əldə edib. Xəbərdə bildirilir ki, hər bir belə mərminin çəkisi 13,5 tondan çox, uzunluğu isə təxminən 6 metrdir.

Bu, dünyada ən böyük dəqiqliklə idarə olunan silahlardan hesab olunur. Hesabata görə, bu tip bombalar İranın nüvə obyektlərinə zərbə məqsədilə istifadə edilir və ilk dəfə 12 günlük münaqişə zamanı tətbiq olunub.

Pentaqonun büdcə sənədi bu silahların ehtiyatının təmin edilməsinin ABŞ-ın strateji imkanlarını qorumaq baxımından vacib olduğunu vurğulayır.

Lakin nəşrin məlumatına görə, bu ABŞ-ın yaxın zamanlarda İrana endirə biləcəyi zərbələrin anonsu ola bilər.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
globalinfo.az

1Sources