EN

Tramp onunla görüşə hazırlaşır Özü açıqladı

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp yaxın həftələrdə Çin lideri Si Cinpinlə görüşəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, bu barədə özünün “TruthSocial” sosial media hesabında yazıb.

Trampın sözlərinə görə, görüş dörd həftə sonra baş tutacaq və əsas müzakirə mövzusu ABŞ-dan Çinə soya tədarükü olacaq:

“Bizim soya fermerlərimiz əziyyət çəkir, çünki Çin sırf danışıqlar səbəbilə onları almır. Biz tariflərdən böyük pullar qazandıq və bu məbləğin kiçik hissəsini fermerlərimizə dəstək üçün istifadə edəcəyik”.

ABŞ lideri həmçinin bildirib ki, Co Bayden administrasiyası vaxtilə Çinə Vaşinqtonun milyardlarla dollarlıq kənd təsərrüfatı məhsullarını almağa imkan verən razılaşmanı həyata keçirə bilməyib.

Tramp vurğulayıb ki, Si Cinpinlə qarşıdakı görüşdə soya məsələsi əsas gündəm mövzusu olacaq.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
globalinfo.az

1Sources