UEFA Çempionlar Liqasında “Kopenhagen”ə 2:0 hesabı ilə qalib gələn “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev matçın oyunçusu seçilib.
“Ölkə.Az” xəbər verir ki, matçdan sonra ona mükafat təqdim edilib.
Turnir cədvəlinə gəldikdə isə “Qarabağ” 4-cü yerdə qərarlaşıb və ilk 3 pillədə olan klublarla xal fərqi yoxdur.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu oktyabrın 22-də İspaniyada "Atletik"ə qarşı keçirəcək.