Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Çox qürurluyam. Bəlkə də yatsam, yuxuma girməzdi. İnanmazdım ki, Çempionlar Liqasının hansısa matçında ən yaxşı oyunçu seçilərəm”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”-“Kopenhagen” matçının oyunçusu seçilən Elvin Cəfərquliyev deyib:
“Oyun çətin keçdi, bunu bilirdik. Həddindən artıq güclü komandaya qarşı oynadıq. Özümüzə inanırıq, bununla kifayətlənmək olmaz. Bundan sonrakı matçlarda da özümüzə inanırıq”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.