EN

Ver yeyim, ört yatım, gözlə canım çıxmasın...

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Monteneqroda tənbəllik çempionatı start götürüb...

Qalib “Subaru” avtomobili və 2000 avro qazanacaq…

...Artıq dünəndən Monteneqronun Plujine şəhərində tənbəllik üzrə çempionat başlayıb.

SİA-nın məlumatına görə, The Montenegro Times yazır ki, qalib yataqda ən çox qala bilən şəxsdir.

Jurnalistlərin fikrincə, qalib “Subaru” avtomobili və 2000 avro qazanacaq.

Müsabiqədə Ukrayna, Türkiyə və Serbiya da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən 20 nəfər iştirak edir. Hamısı artıq yataqdadır. İştirakçılar yataqda yatarkən ehtiyac duyduqları hər şeyi alırlar: yemək, içki, internetə çıxış və hər səkkiz saatdan bir 15 dəqiqəlik fasilə…

Təşkilatçılar onu da bildiriblər ki, “yaltaqlar” seçimi psixoloqla birgə aparılıb. İlk dəfədir ki, müsabiqə Instagram və YouTube-da canlı yayımlanır.

Qeyd edək ki, əvvəlki çempionat 2023-cü ildə keçirilib, iştirakçı Lidiya 50 gün yataqda qaldıqdan sonra qalib gəlib. O, hazırda 2026-cı ilə qədər yataqda qala biləcəyinə əmin olaraq yenidən yarışmada iştirak edir.

Təşkilatçılar çarpayıları gələn il çölə çıxarmağı planlaşdırdıqlarını da açıqlayıblar.

Nazlı Almuradova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
1
sia.az

2Sources