EN

Təhlükəsizlik, yoxsa şəxsi həyata müdaxilə? - Yasamalda bəzi kameralar eyvanları çəkir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Yeni Yasamal ərazisində yerləşən yaşayış komplekslərindən birində qeyri-adi təhlükəsizlik tədbiri həyata keçirilib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, yaşayış kompleksinin ətrafında üzü eyvanlara yönələn kameralar quraşdırılıb.
Kompleksin komendantının verdiyi məlumata görə, bu kameralar bəzi sakinlər tərəfindən eyvanlardan həyətə tullantı atılmasının qarşısını almaq məqsədilə yerləşdirilib.
Komendant bildirib ki, kameraların quraşdırılması mövcud vəziyyəti müsbət yöndə dəyişib və tullantı atma hallarının azalmasına nail olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Chosen
54
5
oxu.az

10Sources