EN

Gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi - Nə təsdiq etdi, nə də təkzib

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Mətbuatda portuqaliyalı oyunçunun mövsümün sonunda Səudiyyə Ərəbistanı çempionatına transfer oluna biləcəyi haqda xəbərlər yayılmışdı.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bütün diqqətini “Mançester Siti”də yaxşı mövsüm keçirməyə yönəltdiyini deyib:

“Bütün diqqətimi ‘Mançester Siti’də yaxşı mövsüm keçirməyə yönəltmişəm. Komandanı və klubu layiq olduğu səviyyəyə qaytarmaq üçün əlimdən gələni edəcəm”.

Silva 2017-ci ildən “şəhərlilər”in formasını geyinir. O, bu müddətdə komanda ilə 414 oyuna çıxaraq, 72 qol vurub və 74 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Chosen
27
sportinfo.az

1Sources