EN

HƏMAS: İsrailin Sumud Donanmasını ələ keçirməsi “barbar cinayət”dir

BAKI, 2 oktyabr. TELEQRAF

Fələstin hərəkatı HƏMAS İsrailin Qəzzaya humanitar yardım aparan Sumud Donanmasını saxlamasını pisləyib.

Teleqraf xəbər verir ki, təşkilat bunu “piratlıq” adlandırıb.

Təşkilatın bəyanatında hadisə “barbar cinayət” kimi qiymətləndirilib və bütün dünyada qınanmağa layiq olduğu vurğulanıb.

Bundan əvvəl İsrail ordusunun flotiliyanın dörd gəmisini ələ keçirdiyini və 70-ə yaxın fəalı saxladığını açıqlanmışdı.

Chosen
9
teleqraf.com

1Sources