Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“SpaceX” və “Tesla Motors” şirkətlərinin yaradıcısı İlon Mask Mars planetini Amerikanın bir hissəsi adlandırıb. Reyting.az-ın məlumatına görə, İlon Mask deyib ki, Yer planetindəki həyat yolunun sonu böyük ehtimalla orada da ola bilər. Mask daha sonra vurğulayıb ki, Qırmızı planet ABŞ-nın bir hissəsi olacaq. Amerikalı milyarder "X" sosial şəbəkəsində yazıb: "Mənim yalnız bircə pasportum var - ABŞ pasportu. Həmişə belə də olacaq. Burada yaşayacağam və burada öləcəyəm. Yaxud da Marsda. O da Amerikanın hissəsidir". Bundan əvvəl isə Mask "Starship" kosmik gəmisi ilə "Optimus" robotunun 2026-cı ildə Marsa göndəriləcəyini, həmçinin ilk insan enişinin 2029-cu ilə yaxın mümkün olacağını açıqlamışdı.Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.