EN

Ona görə də Qvardiola dahidir, mən isə yox - Klopp

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp elit səviyyədə işləməyin inanılmaz dərəcədə tələbkar olduğunu danışıb.

Publika.az xəbər verir ki, o, bu səbəbdən həmkarı Pep Qvardiolanın hələ də qolf oynamağa vaxt tapmasına təəccübləndiyini bildirib:

“Mən həyatda heç nə itirmədim, çünki bu barədə heç vaxt düşünməmişdim. Təxminən 25 il ərzində cəmi iki dəfə toyda olmuşam: biri mənim öz toyum, digəri isə iki ay əvvəl idi. 25 ildə cəmi dörd dəfə kinoya getmişəm, onların hamısı son səkkiz həftədə. İndi isə bunları edə bilmək xoşdur.

Məşqçi kimi bir çox ölkələrdə olmuşam, amma oteldən, stadiondan və ya məşq bazasından başqa heç nə görməmişəm. O vaxt peşman deyildim, amma indi bunları kompensasiya etmək istəyirəm”.

Bir kino ulduzunu düşünün, mənim üçün bu, Ceyms Bond obrazında Daniel Kreyqdir. Düşünürsən: ‘Tanrım, bu, Ceyms Bonddur!’ Amma sonda o da səhər qalxır, dişlərini fırçalayır. Çəkiliş meydançasında gördüyümüzdən tamamilə fərqli atmosfer olur, bir səhnə 25 dəfə təkrar çəkilir. İnsanlar bunu nadir hallarda düşünür. Mən isə belə bir həyat yaşamışam. Demək olar ki, hər bir futbol məşqçisinin necə yaşadığını bilirəm, onlar işlərinə tamamilə həsr olunurlar. Başqa cür bu biznesdə uğur qazanmaq mümkün deyil.

Chosen
55
publika.az

1Sources