EN

Politico: Aİ liderlərinin Kopenhagendəki sammiti dalana dirənib

Oktyabrın 1-də Kopenhagendə qeyri-rəsmi formatda keçirilən Avropa İttifaqı liderlərinin sammiti nəticəsiz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Avropanın köhnə problemi böhranı həll etmək əvəzinə müzakirə etməklə kifayətlənməkdir.

"Avropa dronlar, təyyarələr və hibrid hücumlarla üz-üzə qaldığı bir vaxtda belə sammit sadəcə dalana dirənib", - məqalədə vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının "hərbi dövlət"ə çevrilmək istiqamətində addımlar atdığı barədə məlumat yayılmışdı. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen sammitdə qurumun hərbi potensialı və Avropa hava məkanını pozan pilotsuz uçuş aparatları ilə bağlı insidentlərin müzakirəsini gündəmə gətirməyi planlaşdırırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
1
olaylar.az

2Sources