EN

Maskın sərvəti 500 milyardı keçib

Biznesmen İlon Mask dünyanın ilk trilyoneri olmağa bir addım da yaxınlaşıb. Oktyabrın 1-ə onun sərvəti ilk dəfə 500 milyard dolları ötüb.

Forbes Real-Time Billionaires məlumatına görə, planetin ən varlı adamı Maskdan sonra  ikinci yerii “Oracle” qurucusu Larri Ellison (150 milyard dollar) tutur. Keçən ilin dekabrında Mask sərvəti 400 milyard dollardan yuxarı olan ilk şəxs olmuşdu.

Tesla səhmlərinin son günlərdə 4%-ə yaxın bahalaşması Maskın sərvətinə təxminən 9,3 milyard dollar gəlir gətirib.  Şirkətin bazar dəyəri yenidən tarixi maksimuma yaxınlaşıb. Maskın 12%-lik payı hazırda 191 milyard dollar dəyərindədir.

Tesla rəhbərliyi sentyabrda Maska rekord həcmli mükafat paketi təklif edib. Şirkət növbəti on ildə bazar dəyərini 8 dəfə artırarsa, Mask əlavə olaraq trilyon dollarlıq səhmlər əldə edə bilər.

Maskın digər şirkətləri də sürətlə dəyər qazanır.

SpaceX avqustda keçirilən xüsusi tenderdə 400 milyard dollar qiymətləndirilib, Maskın 42%-lik payı 168 milyard dollar dəyərindədir. O, həmçinin süni intellekt şirkəti xAI ilə sosial şəbəkə X-i birləşdirərək yaratdığı xAI Holdings-də 60 milyard dollarlıq paya sahibdir.

Proqnozlara görə, Mask ən geci 2033-cü ilin martına qədər dünyanın ilk trilyoneri ola bilər.

N.Təbrizli

Chosen
21
42
anews.az

10Sources