Danimarkanın hərbi və mülki obyektləri üzərində naməlum PUA-ların görünməsi çox güman ki, onun uzaqmənzilli silahlar almaq qərarının və Ukraynaya göstərdiyi sarsılmaz dəstəyin nəticəsidir.
Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal”da yayımlanan məqalədə deyilir.
Nəşr xatırladıb ki, Danimarka Ukraynanın ən güclü tərəfdarları sırasındadır. O, bütün artilleriyasını Kiyevə bağışlayıb, hərbi xərcləri artırıb və müttəfiqlərini daim Moskvaya qarşı qətiyyətlə birləşməyə çağırır.
Qeyd edək ki, ötən həftə PUA-lar ölkənin hava məkanını pozaraq, Kopenhagen də daxil olmaqla bir neçə hava limanını müvəqqəti bağlanmasına səbəb olmuşdu. Danimarkanın F-16 və F-35 qırıcılarının əksəriyyətinin yerləşdiyi Skridstrupdakı böyük aviabazanın üzərində də dronlar müşahidə edilib.