UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib.
Teleqraf xəbər verir ki, bu ada Kilyan Mbappe (PSJ, Fransa), Erlinq Holand (“Mançester Siti”, İngiltərə), Rasmus Hoylund (“Napoli”, İtaliya) və Yens Petter Hauqe (“Budo/Qlimt”, Norveç) iddia edirlər. Həftənin oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə bilinəcək.