EN

Maykl Klark Ukraynanın Krım körpüsünə hücum edə biləcəyini etiraf edib

Britaniyanın təhlükəsizlik və müdafiə üzrə analitiki Maykl Klark Ukraynanın Krım körpüsünə hücum edə biləcəyini irəli sürüb...

Poliqon bu barədə Britaniya telekanalı Sky News-ə istinadən xəbər verir.

O hesab edir ki, Amerikanın uzaqmənzilli “Tomaqavk” raketlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi Ukraynanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Ekspert Kiyevin Krıma hansısa irimiqyaslı hücum hazırlaya biləcəyini irəli sürüb.

Klark hesab edir ki, Ukraynanın hazırkı zərbə imkanlarını nəzərə alsaq, hətta Krım körpüsünə zərbə də ağılasığmaz deyil.

Poliqon.info

Chosen
15
poliqon.info

1Sources