EN

Biləsuvarda evdə 48 yaşlı kişinin meyiti tapılıb

Biləsuvar rayonunda bir nəfər evində ölü tapılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə oktyabrın 1-də Biləsuvar şəhəri ərazisində baş verib.

Rayon sakini 1977-ci il təvəllüdlü Sabir Qurbanovun meyiti yaşadığı mənzildə aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Chosen
18
9
apa.az

10Sources