EN

"Bu, terror aktıdır" - Türkiyədən sərt İsrail bəyanatı


Türkiyə Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin Qəzza zolağına gedən Sumud humanitar donanmasına hücumunu terror aktı kimi qiymətləndirib. Bu mövqe Türkiyə XİN-in rəsmi bəyanatında əksini tapıb. SİTAT: "İsrail qüvvələrinin beynəlxalq sularda Qəzza əhalisinə humanitar yardım çatdırmaq üçün yola çıxan Sumud donanmasına hücumu beynəlxalq hüququn kobud şəkildə pozulmasını təşkil edən və günahsız mülki şəxslərin həyatını təhlükəyə atan terror aktıdır". Qeyd edək ki, Sumud flotiliyası (ərəb dilində "dəyanət" və ya "müqavimət" deməkdir) sentyabrın 7-də Tunis sahillərinə çatıb. O, müxtəlif ölkələrə məxsus 40-dan çox gəmidən ibarətdir ki, onlardan biri də isveçli hüquq müdafiəçisi Qreta Tunberqi daşıyır. Missiyanın məqsədi Qəzza zolağının blokadasını yarmaq və zərərçəkmiş əhaliyə humanitar yardım çatdırmaqdır. Mətləb
Chosen
18
2
baki-xeber.com

3Sources