EN

"Qarabağ"ın qələbəsi Azərbaycana nə verdi? - REYTİNQ

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun görüşlərindən sonra ölkələrin reytinqini yenilənib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan çempionu "Qarabağ" ötən gecə "Kopenhagen" üzərində inamlı qalibiyyət (2:0) əldə edərək növbəti dəfə ölkəmizin xal ehtiyatını artırıb. 

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda uğurlu nəticə sayəsində ölkəmizə 0,500 əmsal qazandırıb. Nəticədə Azərbaycanın cari mövsümkü reytinqi 4,875-ə, son 5 ildəki göstəricisi isə 22.000-yə çatıb. 

Bununla belə, Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməz qalıb. Ölkəmiz sıralamada 25-ci yerdə qərarlaşıb. Bir addım öndəki Serbiyanın 22.375, təqibçimiz Slovakiyanın isə 21.375 əmsalı var. 

Qeyd edək ki, UEFA reytinqinə 97.116 əmsalla İngiltərə liderlik edir.


Chosen
64
3
azia.az

4Sources