Dünən gecə saat 03 radələrində Xızıda bıçaqlanma hadisəsi baş verib.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Giləzi kəndində Kərpic zavod adlanan ərazidən 1988-ci il təvəllüdlü Hüseynbala Yəhyayev çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmalar zamanı onun tanışı 2007-ci il təvəllüdlü E.Məmmədov tərəfindən bıçaqlanmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər RPŞ-də araşdırmalar aparılır.