EN

Ağdamda güclü yanğın: Nənə və nəvə ağır xəsarət aldı

Ağdamda evdə baş verən yanğın zamanı nənə və nəvə ağır dərəcəli yanıq xəsarəti alıb. 

RTV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə çıxan Yanğın zamanı 60 yaşlı İsmayılov Zibeydə Qənimət qızı ikinci dərəcəli və onun nəvəsi 12 yaşlı İsmayılova Nəzrin Əhəd qızı birinci dərəcəli yanıq xəsarəti alıb.  

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə FHN-nin əməkdaşları cəlb edilib. Yanğın söndürülərək yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanıb. Yanğının səbəbi araşdırılır

***

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Chosen
62
7
news24.az

10Sources