EN

Tahir Gözəl: “Liverpul”dan öndəyik, möcüzədir"

“Sentyabrın 27-də Anım Gününü qeyd etdik. Bu möhtəşəm qələbəni xalqımıza, şəhidlərimizə, qazilərimizə həsr etmək istəyərdim. Cənab Prezidentimiz hazırda Kopenhagendədir və bu qələbəni ona həsr edirik. Möhtəşəm zəfərdir. Çox qürurluyuq”.

Publika.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda Bakıda “Kopenhagen”i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib. O qeyd edib ki, bu gün bütün dünya “Qarabağ”dan danışır:

“Danışacaq da. Bu matç sübut etdi ki, “Benfika” üzərində qazanılan qələbə təsadüf deyildi. “Qarabağ” Avropa futbolu oynayır. Möhtəşəm futbol sərgiləyən bir komanda kimi özünü təsdiqləyib. Bundan sonra da Azərbaycanın adını zirvələrə daşımaq üçün əlimizdən gələni edəcəyik. Mənim komandadan "hər oyunda mütləq qələbə qazanaq" deyə gözləntim yoxdur. Gözləntim odur ki, komanda ürəklə oynasın və əlimizdən gələni edək”.

Tahir Gözəl 2 oyunda qazanılan 6 xalı möcüzə hesab edir:

“Liverpul”dan öndəyik, bu, tarixi andır, möcüzədir. Hesab edirəm ki, 1 qələbə, 1-2 heç-heçə sayəsində 24-lüyə düşə bilərik”.

Chosen
23
7
publika.az

9Sources