EN

Ağdamda ev yandı - Xəsarət alanlar var



Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

aia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

aia.az



Chosen
24
17
aia.az

10Sources