Finss.az - Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.
Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları və ya 0,36% enərək 69,61 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,86 ABŞ dolları olub.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları məbləğində nəzərdə tutulub.