EN

Ağdamda 3 otaqlı ev YANDI – 2 nəfər xəsarət aldı

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

Ulusal.az  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
20
17
moderator.az

10Sources