EN

İlon Mask tarixdə 500 milyard dollar sərvətə sahib olan ilk insan oldu

Amerikalı sahibkar və “Tesla”, “SpaceX”, “X” (keçmiş Twitter) kimi şirkətlərin rəhbəri olan İlon Mask yeni bir rekorda imza atıb. O, tarixdə 500 milyard ABŞ dolları sərvətə sahib olan ilk insan olub.

Bu rekord 02 oktyabrda Forbes Real-Time Milyarderlər reytinqinə əsasən qeydə alınıb.

Lakin gün ərzində sərvətində kiçik dəyişiklik baş verib: saat 23:10-a olan məlumata görə, Forbes Maskın xalis sərvətini 499,5 milyard dollar olaraq yeniləyib.

Rusiya mənbəsi RBC xəbər verir ki, bu gün “Tesla” səhmləri təxminən 4% bahalaşıb. Bu artım Maskın sərvətinə təxminən 9,3 milyard dollar əlavə edib.

Xatırladaq ki, Mask aprel ayında Teslaya daha çox diqqət ayırmaq məqsədilə ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefa verdiyini elan etmişdi. Bu addımdan sonra “Tesla”nın səhmləri yüksəlişə keçmiş və şirkətin dəyəri təxminən iki dəfə artmışdı.

Chosen
16
veteninfo.az

1Sources