EN

Tahir Gözəl: Bu, bir möcüzədir, Liverpul dan öndəyik, həqiqətən də tarixi andır

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bu möhtəşəm qələbəni əziz xalqımıza, şəhidlərimizə və qazilərimizə həsr edirəm. Bu, əsl zəfərdir”.

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun rəhbəri komandasının Çempionlar Liqasının turnir cədvəlində "Liverpul"u qabaqlamasını xüsusi vurğulayıb:

“Artıq inanıram ki, bu gündən etibarən bütün dünya “Qarabağ”dan danışacaq. Bu oyun bir daha sübut etdi ki, “Benfika” üzərindəki qələbə təsadüfi deyildi. “Qarabağ” öz oyun üslubu ilə Avropa klubları arasında seçilən komanda olduğunu göstərdi və artıq özünü sübut edib. İnşallah, bundan sonrakı görüşlərdə də “Qarabağ” Azərbaycanın adını zirvələrə ucaldacaq. Mənim prezident kimi gözləntim odur ki, futbolçular hər oyuna canlarını qoyaraq çıxsınlar. Əlimizdən gələni edək və adımızı ən yüksək zirvələrə qaldıraq.

Bu, bir möcüzədir. Hazırda turnir cədvəlində 4-cü yerdəyik və “Liverpul”dan öndəyik. Bu, həqiqətən tarixi bir andır. Hesab edirəm ki, bir qələbə və bir heç-heçə də olsa, “Qarabağ” ilk 24-lüyə daxil olub, bəlkə də növbəti mərhələyə yüksələ bilər”. 

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib.

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
5
sportal.az

6Sources