Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qazaxıstan Senatı “Qazaxıstan Hökuməti və Ermənistan Hökuməti arasında vətəndaşların gediş-gəlişi və qalma qaydası haqqında Sazişin ratifikasiyası haqqında” qanunu təsdiq edib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, müqavilə 2024-cü ilin aprelində Qazaxıstan dövlət başçısı Qasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri zamanı imzalanıb.
“Saziş iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, dövlətlərin ərazilərinə balanslaşdırılmış əsaslarla daxil olma və orada qalma prosedurunun sadələşdirilməsi, habelə bir dövlətin vətəndaşlarının digər dövlətin ərazisində qalma müddətinin müəyyən edilməsi və etibarlı səyahət sənədlərinin müəyyən edilməsi məqsədi ilə hazırlanıb”, - senator Kayrat Tastekeyev deyib.
Qanuna əsasən, Qazaxıstan vətəndaşları Ermənistana yalnız şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər. Başqa sözlə, iki ölkə arasında viza rejimi ləğv edilir.
Həmçinin bu gün Senat “Qazaxıstan hökuməti ilə Ermənistan hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin ratifikasiyası haqqında” qanunu təsdiqləyib.
Qeyd edilən sənədlər artıq Ermənistan parlamenti tərəfindən də təsdiq edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.