EN

Konor Makqreqorun Ağ Evdə Maykl Çendlerlə qarşılaşacağı TƏSDİQLƏNDİ

UFC-nin iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor Ağ Evdə keçiriləcək döyüş üçün müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, irlandiyalı döyüşçü bu barədə xarici media qurumlarına açıqlamasında deyib.

O bildirib ki, gözlənilən döyüş artıq rəsmiləşib: “Müqavilə bağlandı, imzalandı, çatdırıldı. Makqreqor ABŞ-nin 250 illiyi münasibətilə Ağ Evdə döyüşəcək”.

Qeyd edək ki, turnirin 2026-cı ilin iyununda təşkil olunacağı gözlənilir. Makqreqor həmin gecə amerikalı rəqibi Maykl Çendlerlə üz-üzə gələcək.

İdman.biz

Chosen
49
1
idman.biz

2Sources