EN

Azərbaycanın enerji təchizatında oynadığı rol Avropa üçün cəzbedicidir

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Avropa Siyasi Birliyinin 7-ci sammiti Danimarkada keçirilir. Bu sammitdə Avropanın fundamental təhlükəsizlik məsələləri, enerji problemləri və Rusiya-Ukrayna müharibəsi əsas müzakirə predmeti olacaq. Hazırda Avropa ölkələri son 50 ildə özünün ən gərgin təhlükəsizlik qayğıları ilə üzləşib.

Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın artan aqressiyası Avropa Siyasi Birliyini konkret qərarlar qəbul etməyə vadar edir.

"Azərbaycan da Avropa Siyasi Birliyinin birliyin üzvüdür. Və sammitdə iştirak edir. Hazırda Azərbaycanla Avropa Siyasi Birliyi arasinda münasibətlər normaldı. Avropa Parlamenti və Avropa Şurasından fərqli olaraq Avropa Siyasi Birliyi Azərbaycanla siyasi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı yeni siyasi nizam təkcə Cənubi Qafqazla məhdudlaşmır. Bu, Avropa və Asiyanı birləşdirən yeni nəqliyyat arteriyasının açılmasına gətirib çıxarır. Ona görə də Avropa Azərbaycanla bütün sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Həmçinin Azərbaycanın enerji təchizatında oynadığı rol Avropa üçün cəzbedicidir" - politoloq deyib.

O, qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar Cənubi Qafqazı ASB üçün strateji əhəmiyyətli edir. Avropa İttifaqı özünün

"qonşuluq siyasəti" strategiyası müxtəlif maneələrlə qarşılaşır və özünü doğrultmur. Amma, Avropa Siyasi Birliyi Cənubi Qafqaz ölkələri ilə təhlükəsizlik, siyasi-iqtisadi və enerji məsələlərini müzakirə etməklə, region ümumi baxışı müsbət istiqamətdə formalaşdırır:

"Rusiyanın Ukraynaya qarşı hərbi işğalı regionda yeni bir böhranlı situasiya formalaşdırır. Ona görə də ASB Rusiyanın təzyiqi ilə daima üzləşən Cənubi Qafqaz ölkələrinə dəstəyi artırmış olacaq.

Qeyd edim ki, sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri N. Paşinyanın görüşü mümkündür. Hər iki lider iki ölkə arasında sərhədlərin delimitasiya-demarkasiyasını Zəngəzur istiqamətindən başlanmasını müzakirə edə bilər. Həmçinin anklav kəndlərlə bağlı müəyyən ortaq məxrəcə gəlinməsi mümkündür. Həmçinin Zəngəzur dəhlizində işlərin başlanması və Konustitusiya dəyişikliyi məsələləri müzakirə oluna bilər".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
3
icma.az

4Sources