EN

Səyyar “ASAN xidmət”in regionlarda fəaliyyəti davam edir

Oktyabrın 2-dən 30-dək Yevlaxda, İsmayıllıda, Yardımlıda, Siyəzəndə, Göygöldə, Saatlıda, Zaqatalada və Xırdalanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

"Cebheinfo.az" xəbər verir ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün “108” (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Chosen
6
13
cebheinfo.az

10Sources