EN

Yumurta yuyulmalıdır? Ekspert açıqladı

Yumurta gündəlik rasionda ən çox istifadə olunan qidalardan biridir. Səhər yeməklərində, müxtəlif xörəklərdə və xəmir məhsullarında geniş istifadə olunan bu məhsulun düzgün saxlanılması çox önəmlidir. Əks halda, həm qida dəyəri azalır, həm də tez xarab ola bilir.

E-saglam.az xəbər verir ki, Daxili İşlər üzrə mütəxəssis Ayça Kaya Kanal D-yə açıqlamasında bildirib ki, yumurtanı karton qabında saxlamaq daha təhlükəsizdir:

“Yumurtanı qutusundan çıxarıb soyuducuya qoyduqda məsamələr açılır, hava daha tez daxil olur və bu da məhsulun tez xarab olmasına gətirib çıxarır. Ona görə ən yaxşı üsul yumurtanı karton qabında saxlamaqdır”.

Mütəxəssis həmçinin əlavə edib ki, yumurtanı yumaq da düzgün deyil. Çünki yuyulduqda qoruyucu təbii təbəqə zədələnir, bu da mikrobların daxilə keçməsini asanlaşdırır və xarab olma prosesini sürətləndirir.

Ən doğrusu yumurtanı nə qutusundan çıxarmaq, nə də yumaq məsləhətdir. Onu sadəcə karton qabında soyuducuda saxlamaq həm təravətini qoruyur, həm də sağlamlıq üçün təhlükəsizdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
10
e-saglam.az

1Sources