EN

Qardaş ölkə Füzulidə məscid tikəcək - DETALLAR

Türkmənistanın Füzulidə inşa edəcəyi məscidlə bağlı bir sıra detallar məlum olub.


News365.az-ın məlumatına görə, məscidin layihələndirilməsi və tikintisi Türkmənistanın Qurbanqulu Berdımuhamedov adına Uşaq xeyriyyə fondu tərəfindən maliyyələşdiriləcək.


Layihənin icrası Türkmənistanın “Aga-gurluşyk” şirkətinə həvalə olunub.


Qeyd edək ki, məscid ideyası Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdımuhamedovun 2025-ci ilin iyulunda Azərbaycana səfəri zamanı səsləndirilib.


Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqust ayında Füzulidə Türkmənistan tərəfindən məscid inşa ediləcəyini açıqlayıb.

Chosen
17
3
news365.az

4Sources