EN

Ağdamda 3 otaqlı ev yanıb: 2 nəfər xəsarəti alıb

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

"Cebheinfo.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Cebheinfo.az"

Chosen
24
7
cebheinfo.az

10Sources