EN

ABŞ-da istehsal fəaliyyətində daralma 7-ci ayda da davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ISM sentyabr ayına dair emal sənayesi PMI göstəricisini açıqlayıb.

Banco.azxəbər verir ki, məlumata görə, ISM emal sənayesi PMI sentyabrda əvvəlki ayla müqayisədə 0,4 bənd artaraq 49,1 səviyyəsinə yüksəlib.

Hesabat dövründə emal sektorunda daralmanın davam etdiyini göstərən indeks üzrə bazar gözləntisi 49 səviyyəsində olması idi. Avqust ayında isə indeks 48,7 olmuşdu.

İstehsal indeksi sentyabrda aylıq 3,2 bənd artaraq 51-ə qalxıb, yeni sifarişlər indeksi isə 2,5 bənd azalaraq 48,9-a enib. Məşğulluq indeksi də həmin dövrdə 1,5 bənd artaraq 45,3-ə yüksəlib.

Bu dövrdə emal sənayesinin 5 alt sektorunda artım müşahidə olunub, 11 sektorda isə daralma qeydə alınıb.

Artım qeydə alınan sektorlar: neft və kömür məhsulları, ilkin metallar, toxuculuq, emal olunmuş metal məmulatları və müxtəlif istehsal sahələri.

Daralma müşahidə edilən sektorlar: taxta məmulatları, geyim, dəri və əlaqəli məhsullar, plastik və rezin məmulatları, kağız məhsulları, mebel, kimyəvi məhsullar, elektrik avadanlıqları, nəqliyyat vasitələri, metal olmayan mineral məhsullar, maşınqayırma və kompüter ilə elektron məhsullar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
19
banco.az

1Sources