Kolumbiya Prezidenti Qustavo Petro İsrailin Qlobal Səbir Flotilliyasına hücumundan sonra Kolumbiyadakı bütün İsrail diplomatlarının ölkədən çıxarılacağını bəyan edib.
Missiya.Az xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında yazıb.
“Əgər əlimizdə olan bu məlumat doğrudursa, bu, İsrailin Baş naziri Benyamin Netanyahunun törətdiyi başqa bir beynəlxalq cinayətdir. İsraillə azad ticarət müqaviləsi dərhal ləğv ediləcək. İsrailin Kolumbiyadakı bütün diplomatik missiyası ölkədən çıxarılacaq”, – deyə Qustavo Petro qeyd edib.
Qeyd edək ki, Qlobal Səbir Flotilliyasına edilən hücum beynəlxalq ictimaiyyətin də kəskin reaksiyasına səbəb olub.
Seyranə QuliyevaMissiya.Az