EN

Bu gündən bağçalara növbəyə yazılma prosesinə başlanılır

Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə başlanılır.Metbuat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu gün 11:00-dan etibarən 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. Proses bq.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.

Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam etdiriləcək.

Chosen
15
47
metbuat.az

10Sources