EN

I Liqa: "Səbail"in Şamaxı sınağı, "Şəfa" MOİK-ə qarşı

Dünən start götürən Azərbaycan I Liqasında 4-cü tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha üç görüş baş tutacaq.

Xal itirməyən iki komandadan biri - "Səbail" səfərə yollanacaq. Elvin Məmmədovun baş məşqçisi olduğu "dənizçilər" Şamaxıda "Şimal"la üz-üzə gələcək. Çempionluğa iddialı digər komanda "Şəfa" isə evdə MOİK-lə münasibətlərinə aydınlıq gətirəcək. 

Bu gün keçiriləcək daha bir görüşdə isə "Zaqatala" "Baku Sportinq"i sınağa çəkəcək. 

Qeyd edək ki, turun dünən baş tutan açılış oyununda "Mingəçevir" ilə "Şahdağ Qusar" qolsuz heç-heçəyə (0:0) razılaşıblar. Tura sabah baş tutacaq “Cəbrayıl” – “Difai” oyunu ilə yekun vurulacaq.

Azərbaycan I Liqası
4-cü tur
2 oktyabr 

15.00. “Şimal” – “Səbail”
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Qəzənfər Məmmədov, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 

15.00. “Zaqatala” – “Baku Sportinq”
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Mirnihat Seyidov, Ruslan Quliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.

15.00. “Şəfa” – MOİK
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Rəhman Aslanov, Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə. Qəsəbə stadionu. 

Chosen
54
1
fanat.az

2Sources